İranda 593 məhbus əfv edilib


01:54     26 Aprel 2017 xamneyi.jpg

İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei 593 məhbusun əfv edilməsi və ya cəzalarının azaldılması barədə qərarı imzalayıb.


Həzrəti Məhəmmədə (s) peyğəmbərlik verilən gün olan və İslam dünyasında Məbəs bayramı olaraq qeyd edilən xüsusi gün səbəbi ilə Ayətullah Seyid Əli Xamenei bu addımı atıb.

İranın ədliyyə naziri Ayətullah Sadiq Amuli Laricani Ayətullah Xameneiyə məhkumların əfv edilməsi barədə məktub ünvanlayıb. Ali Dini lider məktuba müsbət cavab verib.

Femida.az

Açar sözlər:

Oxunub: 951