İranda 3 günlük matəm elan olunub


14:35     04 May 2017 irann1.png

İranın Gülüstan əyalətindəki kömür mədənində baş verən partlayış nəticəsində ölənlərinə xatirəsinə bölgədə 3 günlük matəm elan olunub.


Qeyd edək ki, mayın 3-də Gülüstan əyalətinin Azadşəhr rayonunun Zemistan Yurt daş kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Təcili Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd bildirib ki, dağıntılar altında 90 nəfər qalıb və onlardan 28-i xilas edilərək xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, bu mədən əyalətin mərkəzi Qorqan şəhərindən 90 km. şərqdə yerləşir. Bu bölgənin əhalisi əsasən türkmənlərdən ibarətdir.

Femida.az

Açar sözlər:

Oxunub: 6562