Məhkəmə zalından qaçan dustaq tutulub
21:01 13 May 2017
Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutulub
Şəmkir Rayon Polis Şöbəsinin yaydığı məlumata görə, Eşqin Murtuzov rayonun Seyfəli kəndinin ərazisində saxlanılıb.
Həmin şəxs məhkəməyə təhvil verilib.
Qeyd edək ki, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov mükakimə zamanı Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçmışdı.
Xatırladaq ki, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.
E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayonu Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.
Femida.az
Oxunub: 4271
Oxşar xəbərlər
- Məhkəmə xalq artistlərinin iddiasını təmin etmədi
- Məhkəmə həbsdə olan şəxsin cəzasını artırıb
- Məhkəmə Elgiz Qəhrəmanın cəzasını azaldıb
- Məhkəmədə şok - Hökm oxunan general zəhər içdi (VİDEO)
- Məhkəmənin axtarışa verdiyi qadın tutuldu
- Məhkəmədə hakimin halı pisləşdi
- Məhkəmə keçmiş MTN polkovnikinin cəzasını azaldıb
- Məhkəmədə ekspertlər ifadə verdi - Fikrət Qocanın oğlunun qətli ilə bağlı
- Məhkəmədə gərginlik: Dustağın ürəyi getdi
- Məhkəmə Əfqan Muxtarlının vəsatətini təmin etməyib