Şimali Koreya ABŞ-ı hədələdi


20:20     16 Avqust 2015 fft99_mf5268876.Jpeg

Şimali Koreya ABŞ-ı "indiyə qədər dünyaya məlum olmayan hücum vasitəsi"lə hədələyib.


Femida.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının təhdidləri Cənubi Koreyanın hər il Birləşmiş Ştatlarla keçirdiyi birgə təlimlərlə bağlıdır.

KXDR-nın Milli Müdafiə Komitəsinin mətbuat katibi bildirib ki, təlimlər zamanı Cənubi Koreya və ABŞ-ın hərbi gücünün artması Şimali Koreyanı onlara cavab vermək məcburiyyətində qoyur.

ABŞ Dövlət Departamenti, öz növbəsində qeyd edib ki, "təlimlər tamamilə şəffafdır və müdafiənin möhkəmləndirilməsinə yönəlib. Şimali Koreyanın hərbi idarəsində qonşu ölkədə keçiriləcək tədbirləri təhlükə hesab edərək, "nə nüvə silahı, nə də tüfənglə deyil, məhz indiyə qədər dünyaya məlum olmayan son hücum və müdafiə vasitəsilə müqavimət göstərəcəkləri" ilə hədələyirlər".

Açar sözlər:

Oxunub: 988