Yük maşınının altında qalaraq ölüb


17:57     28 İyun 2017 1425050772_tecili-yardim-m.jpg

Hacıqabul sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 11.00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Hacıqabul rayon sakini Xəyal Abdullayev ehtiyatsızlığı nəticəsində həmyerlisi Rauf Ağayevin idarə etdiyi "Ford" markalı yük avtomobilinin təkərinin altına düşüb.

Xəstəxanaya yerləşdirilən X. Abdullayev orada ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 527