Məhkəmə mülki işlərə hansı müddətə baxmalıdır?


13:05     07 Avqust 2017 court_1490341096_749x421.png

Mülki prosessual məcəlləyə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.


Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

Məhkəmə mülki işlərlə (əmlak mübahisəsi, boşanma, borc tələbi, işə bərpa, aliment və sair) bağlı iddia ərizəsinə hansı müddət ərzində baxıb qərar qəbul etməlidir?

Vəkil Asif Abdullayev Femida.az-a açıqlamasında bildirdi ki, Mülki Prosessual Məcəlləyə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayaraq, məhkəmə işin həllinə dair qərar qəbul etməlidir (qətnamə və yaxud qərardad):

"İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. İş üzrə ekspertiza təyin edildikdə, vərəsənin müəyyən edilməsi zərurəti yarandıqda və bir sıra digər hallarda, hakimin qərardadı ilə icraat dayandırılır və həmin müddətin hesablanması da dayanır. İcraatın dayandırılmasına əsas olan məsələlər həll olunduqdan sonra hakim icraatı təzələyir və işin araşdırılması davam edir".

Femida.az

Açar sözlər:

Oxunub: 1398