Piyadanı öldürüb qaçan sürücü tutulub
19:36 21 Sentyabr 2017
Baş Prokurorluq Abşeron rayonunda baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Ruzpeykar Orxan Rüfət oğlu tərəfindən ona məxsus ”Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi müəyyən edilib və o, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
O.Ruzpeykar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 673
Oxşar xəbərlər
- Piyadanı öldürən avtobus sürücüsü tutuldu
- Piyadanı vurub qaçdı, 6 gün sonra tutuldu
- Piyadanı öldürüb qaçan sürücü tutulub
- Piyadanı öldürüb qaçan 17 yaşlı sürücü tutuldu
- Piyadanı vurub qaçan sərxoş sürücü tutuldu
- Piyadanı vurub qaçdı
- Piyadanı vurub qaçan qadın sürücü tutuldu
- Piyadanı traktorla vurub qaçan sürücü saxlanıldı - YENİLƏNİB
- Piyadanı maşınla vurub xəstəxanaya gətirdi
- Piyadanı maşınla vurub xəstəxanaya gətirdi