Piyadanı öldürüb qaçan sürücü tutulub


19:10     28 Dekabr 2017 piyada%20qeza6.jpg

Dünən Kürdəmir rayonunda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Zərdab Rayon Yol Polisi Bölməsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində hadisənin Qaradağ rayon sakini Elgün Zeynalovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə törədildiyi məlum olub.

E. Zeynalov saxlanılıb.

Qeyd edək ki, ötən gün axşam saat 17:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 200-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində naməlum avtomobil yolu keçmək istəyən piyada, rayonun Xırdapay kənd sakini Nadir Arif oğlu İsgəndərovu vurub.

Ağır xəsarətlər alan N. İsgəndərov hadisə yerində ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 917