Piyadanı vurub qaçan qadın sürücü tutuldu


17:54     07 Noyabr 2017 2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-6408.jpg

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub.


Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 724