Piyadanı vurub qaçdı


13:58     09 Noyabr 2017 mektebli%20piyada.jpg

Bakı-Qazax magistralında avtomobil piyadanı vurub.


Yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“MAZ” markalı “35 BL 583” dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Şəmkir rayonu Sabir kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Ruslan Əlirza oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 680