Piyadanı maşınla vurub xəstəxanaya gətirdi


13:09     25 Oktyabr 2017 tecili%20yardim%20yarali.jpg

Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.

1983-cü il təvəllüdlü Qasımov Nazim Kazım oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 653