Ombudsman aparatının əməkdaşları cəbhədə


21:07     14 Oktyabr 2017 ac00dba0130118af23516cc57671a621.jpg

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələr və müdafiənin ön xəttindəki bölmələrdə olublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 785