Bakıda fərdi evdə yanğın olub


14:21     08 Yanvar 2018 femida%20yangin.jpg

Bakıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 768