Bərdədə müəllimə zorla qaçırıldı - Başqasına nişanlıdır


17:57     18 Yanvar 2018 qiz%20qacirmaq32.jpg

Bərdə rayonunda müəllimə zorla qaçırılıb.



Femida.az xəbər verir ki, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər: Müəllimə   Zorla   Qaçırma  

Oxunub: 2786