İranda sel fəlakəti - 10 ölü, 8 itkin


05:12     20 Sentyabr 2015 iran.jpeg

Iranda güclü yağış yağması fəlakətlə nəticələnib.


Sel paytaxt Tehran və ölkənin cənubundakı Hörmüzqan əyalətində baş verib.

İran dövlət televiziyasından verilən məlumata görə, Tehranda 6, Hörmüzqanda isə 4 nəfər dünyasını dəyişib.

Ötən gündən səngiməyən sel fəlakətində 8 nəfər itkin düşüb.

Qeyd edək ki, bu ilin iyul ayında ölkədə baş verən sel fəlakəti zamanı 11 nəfər ölmüşdü.

Açar sözlər:

Oxunub: 956