Şəmkirdə iki maşın toqquşub - Ölən var


16:21     26 Sentyabr 2018 publika.az1397292007qeza.jpg

Şəmkir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən Femida.az-a verilən məlumata görə, sentyabrın 25-də saat 6 radələrində Şəmkir şəhərinin ərazisində şəhər sakinləri Abdul Ələkbərovun idarə etdiyi “VAZ-21099” və Mehdi Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Nağıyev orada ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 906