Əmisi oğlunun arvadı ilə intim münasibətə görə başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT (VİDEO)
12:55 14 Dekabr 2018
Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.
Femida.az Trend-də istinadən xəbər verir ki, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib.
Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub.
Diqqət! Videoda qeyri-etik ifadələr var.
VİDEO LİNKDƏ
Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.
Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.
E.Həsənovun müraciətindən sonra faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (işgəncə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri keçirilir.
Femida.az
Oxunub: 4091
Oxşar xəbərlər
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
- Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır