• Ana səhifə / Manşet

Xəbər lenti

Məhkəmə zalından azadlığa buraxıldı


Tarix 19.06.17, 21:38


Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbrus Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun barəsində şərti olaraq iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Rzayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən onun vəkili İlham Əsədov apellyasiya şikayəti verib.

Təqsirləndirilən şəxs Bakıda yerləşən lombardlardan birinə avtomobil girov qoyacağını vəd edib, 12 min manat pul götürüb, lakin nə avtomobili, nə də pulu verməyib.

Xəbərin oxunma sayı : 613











Hüquq-mühafizə
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img