Atasını bıçaqlayan oğul tutuldu


02:30     20 İyul 2017 1422464061_hebs.jpg

Gəncədə atasını bıçaqlayan oğul saxlanılıb.


Femida.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Yadulla oğlu Ağayev qarın nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar nəticəsində onu öz oğlu 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqladığı məlum olub. C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 663