Fransada polis 6 nəfəri güllələyib


23:14     19 Noyabr 2017 2015-01-08-07-52-48fransada-matem-liderxeber-640.jpg

Fransada polis əməkdaşı 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb.


Xarici KİV-in məlumatına görə, hadisə ölkənin İl-de-Frans bölgəsində yerləşən Sarsel bələdiyyəsi ərazisində baş verib.

Yaralananlar polisin sevgilisi, onun anası və bacısı, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər olub. Daha sonra polis əməkdaşı intihar edib.

İlkin məlumata əsasən, hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.

Açar sözlər:

Oxunub: 640