Yük maşını aşıb, sürücü xəsarət alıb


00:55     20 Noyabr 2017 goygolde-agir-qeza-olen-ve-yaralananlar-var1-590x400.jpg

Bakı-Qazax magistralında yolunda yük maşını aşıb, sürücü xəsarət alıb,


APA-nın məlumatına görə, hadisə yolun Ağstafa rayonunun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Akif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 657