Bakıda ev qarət olundu


14:53     23 Oktyabr 2015 grabiteli-vlezli-v-okno.jpg

Bakıda mənzil qarət edilib. Pəncərənin dəmir barmaqlılqlarını çıxarmaqla mənzilə girən şəxslər pul və qızıl oğurlamaqla ev sahibinə 42 min manat ziyan vurublar. Femida.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Nəsimi rayonunda isə mağaza qarət edilib.


Pəncərənin dəmir barmaqlıqlarını çıxaran şəxslər evi qarət edib. Onlar evdən 40 min manatlıq qızıl zinət əşyası və 2 min manat pul oğurlayıblar. Hadisə Bakıda Xətai rayonu Naximov küçəsində Eldar Məhərrəmova məxsus evdə baş verib. Günorta saatlarından xəstəxanaya həyat yoldaşının yanına gedən ev sahibi Eldar Məhərrəmov axşam 21 radələrində evə qayıdanda pəncərənin dəmir barmaqlılqlarının çıxarıldığını evin isə dağıdıldığını görüb.

Hadisə yerinə gələn polis ordan izlər və oğurluğa gələn şəxslərin dəmir barmaqlığı sökmək üçün alətləri də aşkar edib. Faktla bağlı cinayət işi başlanıb, polis qarətçilərin saxlanılması istiqamətində əməliyyat keçirirlər.

Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsində isə Emin Mustafayevin mağazası qarət edilib. Maskalı oğru içəridə müşahidə kamerasının kabellərini kəsib. Buna baxmayaraq onun bir neçə saniyəlikdə olsa görüntüsü var. Zərərçəkmiş hadisədən sonra 19-cu polis bölməsinə məlumat verib. Bu faktla bağlıda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1470