Bakıda “Audi” yanaraq külə döndü - Video


15:10     08 Noyabr 2015 8efd2f1dd47d.jpg


Noyabrın 7-i axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb.

Femida.az-ən musavat.com-a istinadən məlumatına görə, “Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

İlkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir.

Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.


Açar sözlər:

Oxunub: 1005