Bakıda avtoxuliqan tutuldu - “Bir şüşə çaxır içmişəm…”


16:18     09 Noyabr 2015 a2be1b10-4000-43a6-ad23-89d83d064b9a_292.gif

Bakıda daha bir avtoxuliqan saxlanılıb.


Femida.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Xətai prospektində “Toyota Corolla”markalı avtomobilin sürücüsünün avtoxuliqanlıq etdiyini görüb, ona “saxla” işarəsi veriblər. Lakin sürücü - 21 yaşlı Eldar Əsgərov avtomobili saxlamaq əvəzinə sürəti artıraraq Nobel prospektinə çıxıb.

Orada da avtomobillə təhlükəli hərəkətlər edərək beton yolla, Yeni Zığ şosesi vasitəsilə Qala-Türkan yoluna istiqamətlənib. Yol polisinin onu izlədiyini görən sürücü hətta maşını beton maneələrə vuraraq yararsız hala salıb.

Uzun prosesden sonra yol polisi süni tıxac yaratmaqla sürücü Eldar Əsgərovu aeroport yolunda saxlayıb. Sürücü maşından düşüb qaçsa da, polis onu saxlamağa müvəffəq olub.

İlkin araşdırmada məlum olub ki, sürücü sərxoş vəziyyətdədir. Həkim müayinəsinden keçən sürücünün orta dərəcəli sərxoş olduğu ortaya çıxıb. Dindirmə zamanı E.Əcgərov bildirib ki, bir şüşə çaxır içib.

Sürücü Eldar Əsgərov məhkəmə qərarı ilə 1 illik sürücülük hüquqından məhrum edilməklə yanaşı, həm də 10 gündən 30 günədək inzibati həbs cəzsasına məhkui edilə bilər.

Açar sözlər:

Oxunub: 1095