Bakı polisi dələduzları qandalladı


16:52     03 Fevral 2016 -ngs42.ru-9000.jpg

Bakıda dələduzluq əməlində şübhəli bilinən şəxslər tutulub.


Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Faiq Səfərov tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1958-ci il təvəllüdlü Elman Əliyev tutulub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü Sahib Əliyev tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzov tutulub.

Açar sözlər:

Oxunub: 931