Bakıda şirkətin kassası qarət edilib


18:26     18 Fevral 2016 pul3.jpg

Bakıda qarət hadisəsi baş verib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki “Royal Ekspress” MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1075