Bakıda bəzi məktəblər birləşdiriləcək


19:19     28 Fevral 2016 mektebler.JPG

Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək.


Femida.az xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.

Onun sözlərinə görə, şagird sayı az olan məktəblər birləşdiriləcək. Bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəb problemi aradan qaldırılacaq. Rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq. Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmağa ehtiyac var.

Məhəbbət Vəliyeva bir müddətdir yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib.

Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. "Şagird-Məzun" sisteminin həyata
keçirilməsi üçün bu, vacib hesab olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1172