İran “İlaxır çərşənbə”sini cahil insanların ənənəsi adlandırdı


17:32     16 Mart 2016 2af63afba36db7af1a60d3e3b2a056ab.jpg

Femida.az xəbər verir ki, Qum dini mədrəsəsinin axundu Nasir Məkarim Şirazi martın 15-də tələbələrinə keçdiyi dərs zamanı “İlaxır çərşənbə”si mərasimindən danışıb.

Axund Məkarim Şirazi deyib ki, “Axır çərşənbə” mərasimində tonqal qalayıb üstündən tullananlar və taraqqa partladıb şənlik edənlər, axirət günündə Allaha cavab verməli olacaqlar:

“Keçmiş zamanlardan bizə elə adət-ənənələr miras qalıb ki, biz onları yaşatmalı, həyatımızda icra etməliyik. Lakin elə adət və ənənənlər də var ki, onlardan imtina etməliyik. Təəssüflər olsun ki, cahil insanlar “İlaxır çərşənbə”si kimi bir xurafatı bizim həyatımıza daxil ediblər və biz ondan çəkinməliyik.

“İlaxır çərşənbə”si mərasimində şəriət qaydalarına zidd bir sıra işlər görülür ki, ondan uzaq gəzmək lazımdır. Bu mərasimdə səsli taraqqa və fişənglər atıb onu partladanlar və başqa insanların asayişini pozanlar bilməlidir ki, onlar bu əməllərinə görə, qiyamətdə və axirət günündə Allah qarşısında cavabdeh olacaqlar. “İlaxır çərşənbə”si, cahil insanlara məxsus bir adət və ənənədir və xurafatdan başqa bir şey deyil”.

Açar sözlər:

Oxunub: 4768