Bakıda 17 yaşlı gənc bıçaqlandı


19:01     04 Aprel 2016 bicQQ0.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.


Xətai rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib. Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağla Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Açar sözlər:

Oxunub: 786