Bakıda bina yanıb - 5 zərərçəkən var


17:49     06 Aprel 2016 fhn%20yangin27.jpg

Bakıda yaşayış binasında yanğın olub.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 5-də saat 12 radələrində Xətai rayonu S.Vəzirov küçəsi ev 17-nin zirzəmisində elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Nəticədə tüstüdən zəhərlənmiş 5 bina sakini xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.

Açar sözlər:

Oxunub: 473