İran Rusiya tərəfə ballistik raket atdı


02:20     20 Aprel 2016 a213d6d868c14a3cc48eeb0fb5a79cbc.jpg

İran bu gün axşam saatlarında növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib.


Femida.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İran hərbçiləri ballistik raketin sınaq buraxılışını həyata keçiriblər. Raketin hansı tipdə olduğu barədə məlumat verilmir.

Raketin buraxılması faktı Rusiyanın Armavir və Orsk şəhərləri yaxınlığında yerləşən radiolokasiya stansiyaları (RLS) tərəfindən qeydə alınıb.

Məlumata görə, Bakı vaxtı ilə 13.33-də qeydə alınan raket buraxılışı Səmnan poliqonundan həyata keçirilib. Raketin uğurla sınaqdan keçirildiyi qeyd olunur.

“Hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar”, - deyə nəşr qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2559