Bakıda yük maşını aşdı


17:55     25 Aprel 2016 kamaz8.jpg

Bakının Qaradağ rayonunda, Bakı-Qazax yolunun 54-cü kilometrliyində "KAMAZ" markalı yük avtomobili qəza törədib.


FHN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşüb. Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 11:26-da başa çatıb.

Açar sözlər:

Oxunub: 1476