Bakıda qəza: Yaralı var


02:34     16 İyun 2015 1d52141e834af1546c02c5dc6851b13b.jpg

Bakı şəhəri, Nəsimi rayonunda “Opel” markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görublər.

Açar sözlər:

Oxunub: 1127