İran Amerikanı yenə hədələdi


16:01     15 Aprel 2015 7cq0W.jpg

“Biz tam şəkildə Rusiyaya güvənə bilərik”.

Femida.az xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin sədr məsləhətçisi Hüseyn Şeyxülislam çıxış edib.

Onun sözlərinə görə, Putinin C-300 raketlərinin İrana verilməsi ilə bağlı qadağanı götürməsi möhtəşəm addımdır:

“2010-cu ildə Rusiyanın bu qurğuları bizə verməməsindən sonra çoxlarında Moskvaya qarşı inamsızlıq yaranmışdı. Hazırkı qərardan sonra bu inamsızlıq tamamilə ləğv olundu. C-300-lər sayəsində biz ABŞ və onun müttəfiqlərinin regionda genişlənib, öz mövqelərini diktə etməsinə icazə verməyəcəyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 731