İran Bağdada aviareysləri təxirə saldı


02:42     02 May 2016 14462955753937111831_1000x6693.jpg

İran İraqın paytaxtı Bağdadda 1 maya görə baş verən kütləvi nümayişlərə görə bütün aviareysləri təxirə salıb.



Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Həcc və zəvvarlığın təşkili idarəsinin rəisi Səid Ohadi bildirib.

“Hadisələrin hazırki inkişafı sözsüz ki, iranlı zəvvarları Bağdada aparacaq təyyarələr üçün problemlər yaradır. Buna görə də İranın aviaşirkətləri İraqın paytaxtına reysləri ləğv etmək barədə qərar verib”, - deyə Ohadi söyləyib.

Ohadi onu da qeyd edib ki, hazırda Bağdadda 300 iranlı zəvvar var və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Açar sözlər:

Oxunub: 912