Bakıda qadın meyiti tapıldı


21:42     23 May 2016 yasli%20qadin%20meyit.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1959-cu il təvəllüdlü Quliyeva İradə Vəli qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, zərərçəkmişi huşsuz vəziyyətdə aşkarlayıblar. İlkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyənləşib. Əməliyyat saat 16:11-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 861