Bakıda beynəlxalq simpozium keçirilir - FOTOLAR


00:34     26 May 2016 ganire1.jpg

Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılış mərasimi keçirilib.


Simpozium Bakı Avrasiya Universiteti, Niğde Universiteti, Kazak Dövlət Qızlar Pedaqoji Universiteti, M.Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti, Mahmud Kaşğari-Barskani Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Açılış mərasimində "Kökümüz bir türkük" festivalı keçirilib. Türkdilli ölkələrdən olan universitet tələbələri yerli mədəniyyətlərini nümayiş etdirən müxtəlif səhnələr göstəriblər.



Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli bildirib ki, "Türk Dünyası Araşdırmaları" Simpoziumu ilk dəfə Türkiyədə baş tutub. 2-ci simpozium Qazaxıstanda, 3-cu simpoziumun isə bu gün Bakıda keçirilildiyini bildirən N.Hüseynli III Beynəlxalq "Türk Dünyası Araşdırmaları" Simpoziumunun türk xalqlarının tarixinə yeni yanaşmaların əsasını qoyacağını vurğuladı.

O, simpoziumun gələcəkdə də türk dilli ölkələrdə keçiriləcəyini diqqətə çəkərək, simpozium zamanı ayrı-ayrı iclaslarda müxtəlif mövzularda müzakirələr aparılacağını iştirakçıların nəzərinə çatdırdı.



Simpoziumda çıxış edən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov qeyd edib ki, Bakıda keçirilən III Beynəlxalq "Türk Dünyası Araşdırmaları" Simpoziumu böyük hadisədir. Belə ki, türkdilli xalqlar müstəqillik əldə etdikdən sonra, xüsusən türkoloji təfəkkürdə bir canlanma, hətta türkoloji təfəkkürdə bir intibah yaşanır. N.Cəfərov qeyd edib ki, sovet hakimiyyəti illərində türk etnoslarını mümkün qədər bir neçə yerə bölüblər. Bu gün dünyada 25-ə yaxın türk etnosu, 5 böyük türk xalqı mövcuddur.

Mili Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, simpoziumun türk dünyasının yaxınlaşması baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, mayın 27-dək davam edəcək III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda türk dünyasını maraqlandıran dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi, beynəlxalq münasibətlər, sahibkarlıq, idarəetmə və iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr aparılacaq. Bu sahədə əməkdaşlığın perspektivləri, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1349