İran Ermənistanı aviayanacaqla təmin edəcək
22:30 29 May 2016
İran Ermənistanı təyyarə yanacağı ilə təmin edəcək.
Femida.az xəbər verir ki, bu haqda İranın neft məhsulları milli şirkətinin rəhbəri İsmayıl Xişam Firuz açıqlama verib.
Onun sözlərinə görə, İran həmçinin Əfqanıstanı, Şimali İraqı və Tacikistanı avianöyütlə təmin etməyə hazırlaşır. Son zamanlar İran aviayanacağın ixracının səviyyəsinə xüsusi diqqət göstərir. Sentyabr ayından isə benzinin də ixracında artım gözlənilir.
Xatırladaq ki, 2014-cü ildə İran Ermənistanın sərhədində yerləşən Megri və Aqarak şəhərlərinin qazlaşdırılmasına 2 milyon ABŞ dolları ayırıb. Müvafiq razılaşma tərəflər arasında 2011-ci ilin dekabrında əldə olunub.
Femida.az
Oxunub: 2471
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib
- İran ABŞ-dan BMT-yə şikayət etdi
- İranda onlarla azərbaycanlı həbs edildi
- İran yenə silkələndi
- İranı silkələyən hadisə: Etirazlarda 15 min nəfər iştirak edib