Bakıda oğrular tutuldu


22:41     11 İyun 2016 0070d4221780451241b8f6866b764e4d7.jpg

Bakıda baş vermiş bir neçə oğurluq hadisəsinin üstü açılıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini Şahin Sadıqova məxsus “Daewoo” markalı avtomobildən 580 manat pul oğurlayan Bakı şəhər sakini Azər Ələkbərli tutulub.

Bundan başqa Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 9-da Bakı şəhər sakini Mahirə Ağayevaya məxsus çantadan pul və sənəd oğurlamış paytaxt şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Məlikov da tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il fevralın 26-dan iyunun 8-dək olan müddətdə Bakı şəhər sakinləri Ə.Qasımova məxsus mağazadan pul və tütün məmulatı, R.İsmayılova məxsus “Niva” markalı avtomobildən maqnitofon, P.Xəlilovaya məxsus mobil telefonu və H.Nuriyevaya məxsus çantadan 300 manat pul, habelə M.Mehdiyevə, Y.Əhmədova və M.Ağayevə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.

Daha bir oğurluq hadisəsinin üstü açılıb. Oğurluq etdiklərinə görə mayın 25-də tutulan Elçibəy Göygözlünün və Əli Quluzadənin ətrafında Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların S.Mirzəyevə məxsus mağazadan 400 manat pul, S.Abdullayevə məxsus mağazadan isə 42 ədəd qol saatı oğurlamaları da müəyyən olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1094