Bakıda qeyri-adi toy: Qız özünə bəysiz toy etdi
17:12 10 İyul 2016
Bakıda qeyri-adi toy mərasimi olub. Yaşıötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.
Bu barədə sosial şəbəkədə Facebook istifadəçilərindən biri yazıb.
"Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: "kendi-kendine gelin güvey olmaq”. Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.
Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.
Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!”, - deyə istifadəçi qeyd edib.
Baku.ws bildirir ki, toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhlənməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib.
Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarını və tanışlarını da, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib.
Oxunub: 2678
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik