İran əleyhinə 3 layihə təqdim edəcək


03:48     13 İyul 2016 iran%20abs.jpg

ABŞ Nümayəndələr Palatası irəliləyən həftədə İran əleyhinə 3 layihənin qəbulunu müzakirə edəcək. Layihələrdə İrana qarşı insan hüquqlarının bu ölkədə pozulmasına görə yeni sanksiyalar tətbiqi və rəsmi Tehranın dollardan istifadəsinə mane olmaq nəzərdə tutulub.


“Mehr” xəbər agentliyinin “Vaşinqton post”a istinadən verdiyi məlumata əsasən İranla 5+1 ölkələri arasında əldə edilmiş nüvə razılaşmasının 1 illiyi tamam olması ərəfəsində ABŞ Nümayəndələr Palatası İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan 3 layihəni müzakirə edəcək. Hər 3 layihə həm Nümayəndələr, həm də Senatorlar Palatalarında üstünlüyə sahib olan respublikaçılar tərəfindən irəli sürülüb. İranla əldə edilmiş nüvə razılaşmasına tərəddüdlə yanaşan bəzi demokrat konqresmenlərin də bu layihələrin lehinə səs verəcəyi gözlənilir. Lakin, Senatorlar Palatası hələ ki, bu layihələri müzakirə etməklə bağlı proqrama sahib deyil. Kaliforniyadan seçilmiş konqresmen Kevin Mc.Kartinin layihələri iyulun 14-ü, İranla 5+1 ölkələri arasında nüvə razılaşması əldə edilməsinin 1 ili tamam olan gün müzakirə üçün Nümayəndələr Palatasının plenar iclasında irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, layihələrdən 1-i İrana qarşı bu ölkənin terrorizmə dəstək verməsi və insan hüquqlarını pozmasına görə sanksiyalar qəbul edilməsini nəzərdə tutur. 2-ci layihədə isə İranın ağır su almasını qadağan etməklə bağlı müddəalar irəli sürülüb. 3-cü layihədə isə İranın ABŞ maliyyə sistemindən, həmçinin dollardan istifadə etməsinə mane olmağı nəzərdə tutur.

Respublikaçı konqresmenlər layihələrin irəli sürülməkdə məqsədləri İran hökümətinə beynəlxalq qaydalara əməl etməklə bağlı xəbərdarlıq etməkdir. Əgər İran beynəlxalq qaydalara əməl etməsə daha ağır nəticələrlə üzləşməli olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1168