Ombudsman beynəlxalq tədbirdə


21:33     13 Avqust 2016 elmira.jpg

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Tatarıstanın Kazan şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 19-cu iclasında iştirak edib.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə çıxış edən E. Süleymanova Azərbaycanda aparılan tədbirlər barəsində məlumat verib. E. Süleymanova bildirib ki, Azərbaycanda azsaylı xalqların, müxtəlif dinlərin nümayəndələrinin inkişafına, onların milli-mədəni adət-ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.

Bundan əlavə görüş çərçivəsində Ombudsman Azərbaycan diaspor mərkəzinə baş çəkib, fəaliyyətləri ilə yaxından tanış olub və fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1435