Bakıda banklar bankomatlara limit qoyu


03:30     14 Avqust 2016 bankomat.jpg

Əməkhaqqını və ya müavinətini almaq istəyən şəxs tam məbləği əldə etmək üçün növbəti günü gözləyir.


Bəzi banklar bir hesabdan bankomat vasitəsilə çıxarılan nağd vəsaitə gündəlik limit qoyur. Məsələn, 500 manat. 700 manat əməkhaqqı alan şəxs onun 500 manatını bir gün, 200 manatını isə növbəti gün ala bilir. 1500 manat maaş alan isə həmin məbləği 3 günə əldə edir.

Banklardan aldığımız məlumata görə, limit,əsasən, təhlükəsizlik məqsədilə tətbiq edilir. Əgər plastik kart oğurlanıbsa, cinayətkar vəsaiti tam mənimsəməmiş hesab bloklanır. Beləliklə, müştəri daha az itkiyə məruz qalır.

Bəzi banklar isə bankomatdakı vəsaitə qənaət etmək məqsədilə nağd çıxarışa məhdudiyyət qoyur. Bu hal, xüsusilə, daha çox vətəndaşın pensiya və əməkhaqqı aldığı banklarda müşahidə edilir.

Ancaq müştəri bankın filial və şöbələrinə yaxınlaşaraq kartına qoyulan gündəlik nağdlaşdırma limitini ləğv etdirə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1237