Bakıda kafe yanıb


14:10     21 Avqust 2016 13878640961363594763_yangin45sadas1.jpg

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan kafenin ondulindən ibarət dam örtüyü və ona bitişik ümumi sahəsi 15 m2 olan taxta konstruksiyadan ibarət tikili yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi və həyətində olan avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 983