Bakıda avtobus körpüyə çırpılıb, yaralılar var


18:57     06 Sentyabr 2016 avtobus%20qeza2.jpg

Bakıda avtobus qəzaya uğrayıb.


Nizami rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb. 60 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək körpüyə çırpılıb. Nəticədə avtobusun sürücüsü və avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1582