Bakıda qəssab bıçaqlandı


20:24     06 Sentyabr 2016 bicaq93.jpg

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın məlumatına, 1985-ci il təvəllüdlü Amil Hüseynov işlədiyi mağazada bıçaqlanıb.

Belə ki, naməlum şəxs Sarayevo küçəsi, ev 18 ünvanında yerləşən mağazada qəssab kimi çalışan A.Hüseynova bıçaqla xəsarət yetirib.

Qarın nahiyəsindən xəsarət alan A.Hüseynov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1203