İran səfiri Naxçıvanda


03:44     10 Sentyabr 2016 14734348901998756345_1000x669.jpg

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdırdığını və ötən dövrdə Azərbaycan-İran əlaqələrinin inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin genişləndirildiyini də diqqətə çatdıran Ali Məclisin Sədri bu istiqamətdəki səylərinə görə Möhsün Pakayinə təşəkkür edib.

Möhsün Pakayin ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Açar sözlər:

Oxunub: 1084