Bakıda anbar yandı


14:11     30 Sentyabr 2016 13878640961363594763_yangin45sadas1.jpg

Bakıda anbarda yanğın baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət anbarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanıb.

Yüksək temperaturdan anbara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı əriyib. Anbarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 747