Ombudsman nümayəndələri məhkumlarla təkbətək görüşdü


23:58     12 Oktyabr 2016 ee5206a4081e11fc97ccb95ff9e983c6.jpg

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.



Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkum fərdi qaydada dinlənilib, onlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin cərimə təcridxanası, gəzinti, görüş yerləri və digər obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müəssisədə şəraitin təkmilləşdirilməsi, cərimə otaqlarının təmir olunmasının saxlanılma şəraitin yaxşılaşdırılmasına imkan verdiyi müşahidə olunub, başçəkmə çərçivəsində həmin müəssisələrin rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Açar sözlər:

Oxunub: 831