Bakıda mənzildən pulla dolu seyf oğurlanıb


23:27     17 Noyabr 2016 46095d6b-6c99-47cf-8de8-3980b668705d.jpg

Bakıda 40 yaşlı qadının evinə basqın edilib.


Femida.az `Report`a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Nizami küçəsi, ev 118, mənzil 1 ünvanında qeydə alınıb.

Belə ki, Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1609